» » Azərbaycanda xəstəyə dəymiş zərər ödəniləcək -

Azərbaycanda xəstəyə dəymiş zərər ödəniləcək - həkim səhlənkarlığına görə

Bölmə: Sosial, BLOK XƏBƏR
Azərbaycanda xəstəyə dəymiş zərər ödəniləcək -




Azərbaycanda həkim səhlənkarlığı və ehtiyatsızlığı nəticəsində xəstəyə dəymiş zərər ödəniləcək.

Xalqinfo.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Bununla əlaqədar, Maliyyə Bazarlarına Nəzarət Palatası, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Maliyyə Nazirliyinə 2019-2020-ci illər ərzində həkimlərin peşə məsuliyyətinin icbari sığortası növünün yaradılmasına dair qanun layihəsi hazırlamaq və təqdim etmək tapşırılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Maliyyə Nazirliyi qanun qəbul edildikdən sonra 2020-2021-ci illərdə həkim səhlənkarlığı və ehtiyatsızlığı nəticəsində xəstəyə dəymiş zərərin ödənilməsi mexanizminin tətbiq olunmasını təmin etməlidir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler