» » "Green Store"nin 15 işçisi zəhərləndi -

"Green Store"nin 15 işçisi zəhərləndi - Prokurorluq araşdırmalara başladı

Bölmə: Sosial
"Green Store"nin 15 işçisi zəhərləndi -
Cəlilabad rayonunda marketdə zəhərlənənlərin kimliyi və hadisənin təfərrüatı məlum olub.

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən "Green Store" adlı marketdə baş verib.

Zəhərlənənlərin hamısı marketin işçiləridir. Bunlar Hadiyeva Aidə Həşim qızı (1992-ci il təvvəlüdlü), Şəbiyeva Zeynəb (2003-cü il təvvəlüdlü), Quliyeva Aidə Qurban qızı (1994-ci il təvəllüdlü), Şəbiyeva Sevinc Ərəstun qızı (1984-cü il təvəllüdlü), Abdullayeva Rəna Mehman qızı, Eynullayeva Günay Rafət qızı, Bağırova Gülnar Tofiq qızı və Ağayeva Afət Mirhüseyn qızıdır.

Məlumata görə, marketin döşəməsi təmizlənərkən kimyəvi məhluldan istifadə edilib. Məhz bu kimyəvi məhlulda işçilərin zəhərlənməsinə səbəb olub. Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Cəlilabad rayonunda kütləvi zəhərlənmə olub.

Xalqinfo.az "Report"a istinadən xəbər verir ki, hadisə marketlərdən birində qeydə alınıb.

Belə ki, 14 nəfər zəhərlənmə əlamətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan bir neçəsi Reanimasiya şöbəsinə yerləşdirilib.

Zəhərlənmənin yuyucu vasitələrdən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler