» » Nazirlər Kabineti bu qərara dəyişiklik etdi

Nazirlər Kabineti bu qərara dəyişiklik etdi

Bölmə: Sosial
Nazirlər Kabineti bu qərara dəyişiklik etdi
Nazirlər Kabineti “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

Xalqinfo.az xəbər verir ki, “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qərarın 1-ci hissəsi ləğv edilib. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılır ki, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək tabeliyində olan peşə təhsili müəssisələrinin (cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələri və xüsusi peşə təhsili müəssisələri istisna olmaqla) nizamnamələrini (nizamnamələrində dəyişiklikləri) iki ay müddətində təsdiq etsinlər.

Bu Nizamnamə “Publik hüquqi şəxslər haqqında” prezidentin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb və dövlət və bələdiyyə tərəfindən yaradılan (cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələri və xüsusi peşə təhsili müəssisələri istisna olmaqla) peşə təhsili müəssisələrinin (bundan sonra – peşə təhsili müəssisəsi) fəaliyyətini tənzimləmək üçün onların nizamnamələrinin hazırlanması və dövlət qeydiyyatından keçirilməsi məqsədini nəzərdə tutur.

Bu nizamnamə hər bir peşə təhsili müəssisəsi üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur. Bələdiyyə tərəfindən peşə təhsili müəssisəsini müvafiq bələdiyyə yaradır. Peşə təhsili müəssisəsi öz fəaliyyətində Azərbaycan Konstitusiyasını, Mülki Məcəlləni, “Publik hüquqi şəxslər haqqında”, “Təhsil haqqında”, “Peşə təhsili haqqında” qanunlarını və digər normativ hüquqi aktlarını, tabe olduğu dövlət orqanının (qurumun) əmr və sərəncamlarını, yaxud bələdiyyənin qərarını və öz nizamnaməsini rəhbər tutur.

Peşə təhsili müəssisəsinin fəaliyyətinə lisenziya “Lisenziyalar və icazələr haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarına uyğun olaraq verilir. Peşə təhsili müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler