» » Prezidentdən inqilabi qərar:

Prezidentdən inqilabi qərar: On minlərlə ailə sevinəcək

Bölmə: Sosial, BLOK XƏBƏR
Prezidentdən inqilabi qərar:



Mənzil sahibləri bundan sonra sənəd problemi ilə üzləşməyəcək.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanını şərh edən “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Ekspert bildirib ki, fərman sosial problemlərin həllində mühüm rol oynayacaq:

“Uzun illərdir ki, binaların əksəriyyətinin istismara qəbul aktı yox idi, ona görə də orada yaşayan vətəndaşlar öz hüquqlarını təsdiq edən sənəd əldə edə bilmirdilər. Təbii ki, binaların sayı artdıqca bu problem böyüyürdü. Ancaq yeni fərmana əsasən, yaşayış şəraiti olan, kommunikasiyalarla təmin edilən və təhlükəsizlik haqda rəyi olan bütün binaların ilin sonuna qədər sənədləşməsi mümkün olacaq.

Birincisi, insanlar öz mənzillərinin qanuni sahibinə çevriləcək. İkincisi, MTK-lar artıq mənzil alğı-satqısı ilə bağlı səlahiyyətlərindən məhrum olacaq və bu səlahiyyətlər birbaşa mənzil sahibinə keçəcək. Bununla da mənzil alğı-satqısı zamanı yaranan əlavə xərclərə və müəyyən problemlərə birdəfəlik son qoyulacaq, eyni zamanda, vətəndaşlar gələcəkdə öz mənzillərini notarial qaydada sata və ya girov qoyaraq ondan yararlana biləcək”.

N.İbrahimov yeni fərmanın bir sıra iqtisadi problemlərin həllinə səbəb olacağını vurğulayıb:

“Dövlət Statistika Komitəsi hər il hesabat verirdi ki, il ərzində 1,7 və ya 2 milyon kvadrat metr mənzil sahəsi istismara verilir. Bu rəqəmlər reallığı əks etdirmirdi. Çünki tikilən mənzillərin çoxu istismara qəbul aktı olmadığından qeydiyyata düşmürdü. Yeni fərmandan sonra bu məsələ statistika düsturu ilə aparılacaq və nəticədə daha çox mənzil sahəsi istismara veriləcək”.

Ekspert fərmanda torpaq sahələrinin təyinatının dəyişdirilməsi ilə bağlı məsələnin də əksini tapdığını deyib:

“Bəzi binalar kənd təsərrüfatı əhəmiyyətli torpaqların üzərində tikilmişdi. Bu binalarda böyük problemlər var idi. Ancaq bundan sonra torpaqlar hansı real təyinatı üzrə işlədilirsə, o da sənəddə öz əksini tapacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler