» » Zəlzələdən qəzalı vəziyyətə düşən evlərin tikinitisinə başlanıldı

Zəlzələdən qəzalı vəziyyətə düşən evlərin tikinitisinə başlanıldı

Bölmə: Sosial
Zəlzələdən qəzalı vəziyyətə düşən evlərin tikinitisinə başlanıldı





Şamaxıda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamətində tədbirlər davam etdirilir. Artıq zəlzələdən sonra qəzalı vəziyyətə düşən evlərin yenidən tikinitisinə başlanılıb”. Bu barədə Modern.az-a Şamaxı rayon İcra Hakimiyyətindən məlumat verilib.



Məlumata görə, Prezident İlham Əliyevin fevralın 7-də Şamaxıya səfəri, mövcud vəziyyətlə tanış olması, sakinlərlə görüşü, fəsadların təcili aradan qaldırılması istiqamətində tapşırıqların icrasına dərhal başlanılıb.



Fevralın 5-də və 6-da baş verən zəlzələ Şamaxı rayonunda, xüsusilə şəhərdə, Mədrəsə qəsəbəsində, Əngəxaran, Cabanı, İkinci Cabanı, Hacılı, Sis və Qaleybuğurd kəndlərində daha çox dağıntılara səbəb olub. Fövqəladə Hallar Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələrindən ibarət komissiya vəziyyətin araşdırılması, zərərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Komissiya müraciətlərin siyahıya alınması, xüsusilə təhlükəli vəziyyətə düşən evlərdə sakinlər üçün təhlükəsiz şəraitin yaradılması istiqamətində işini davam etdirir.



Artıq qəzalı evlərin yenidən tikilməsi üçün ərazinin boşaldılmasına başlanılıb, həmin evlərin sahibləri isə kirayə mənzillərə yerləşdirilib. Zəlzələnin fəsadlarının araşdırılması işləri davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler