Zəlzələ nəticəsində 14 kəndə ziyan dəyibBölmə: Sosial
![]() Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində 14 kəndə ziyan dəyib. Xalqinfo.az xəbər verir ki, bu barədə Trend-ə Şamaxı Rayon İcra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova məlumat verib. İcra başçısının müavini bildirib ki, hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerindədir: "Cənab nazirlə icra başçısı hadisə yerinə baxış keçirir. Zəlzələ nəticəsində 14 kəndə ziyan dəyib, dağıntılar var. Amma xoşbəxtlikdən insan tələfatı olmayıb. Yaradılmış komissiya dağıntı olan və ziyan çəkən evlərin sayını müəyyənləşdirir". Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib. |
XƏBƏR LENTİ
21.02.19 01:04 | Estoniya müharibəyə hazırlaşır
21.02.19 00:55 | Azərbaycan qaz hasilatını artıracaq
21.02.19 00:44 | Bu gecə Kiçik çillə bitir
21.02.19 00:42 | "Samsung" dünyada ilk qatlanan smartfon təqdim edir
21.02.19 00:38 | “Bunlar neft və qaz satışı gəlirləri sayəsində mümkün olub”
21.02.19 00:34 | Putin ABŞ-a meydan oxudu
21.02.19 00:23 | Netanyahu Moskvaya getməkdən imtina etdi
21.02.19 00:19 | Deputat Lənkəranski ilə qohumluğundan, Qulinin "vor"luğundan DANIŞDI
21.02.19 00:06 | Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyuldu
19.02.19 22:05 | Hövsanda acınacaqlı mənzərə
19.02.19 21:59 | Bakının mərkəzi küçələrinin kəsişməsində nə baş verir?
19.02.19 21:42 | Daha bir senator ABŞ prezidentliyə namizəd oldu
19.02.19 21:39 | Ramil Usubov Sumqayıt yol polisinə yeni rəis təyin etdi
19.02.19 21:35 | Azərbaycan və çeçen ağsaqqalları görüşdü
|