» » Novruz Məmmədovdan sərəncam - İşçi qrupu yaradıldı

Novruz Məmmədovdan sərəncam - İşçi qrupu yaradıldı

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Novruz Məmmədovdan sərəncam - İşçi qrupu yaradıldı
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 16-18 aprel 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı işlərin əlaqələndirilməsi və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə İşçi qrupu yaradılıb.

Xalqinfo.az Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, bu barədə Baş nazir Novruz Məmmədov müvafiq sərəncam imzalayıb.

“Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 15 noyabr 2018-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə İşçi qrupu aşağıdakı tərkibdə yaradılıb:

İşçi qrupunun rəhbəri

Natiq Məmmədov - Nazirlər Kabineti Aparatı rəhbərinin müavini

İşçi qrupunun Nazirlər Kabinetinin Aparatı üzrə üzvləri:

Qulu İmanquliyev - təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri;
Ağadayı Ağayev - beynəlxalq əlaqələr şöbəsinin müdiri;
Qasım Abdullayev - kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri;
Musa Ələkbərov - humanitar və sosial məsələlər şöbəsinin müdiri;
Elşən Hacızadə - sənaye və energetika məsələləri şöbəsinin müdiri;
Şahin Sadıqov - maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdiri;
Zemfira Sairbəyzadə - regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin müdiri;
Vəfa Əliyeva - sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri;
Akif Əli - mətbuat xidmətinin rəhbəri;
Xalid Qasımlı - hüquq şöbəsi müdirinin müavini;
Süleyman Şəfiyev - İşlər müdiri;
Ramin Talıblı - Baş nazirin müavininin köməkçisi.
İşçi qrupunun digər qurumlar üzrə üzvləri:
Oruc Zalov - daxili işlər nazirinin müavini;
Araz Əzimov - xarici işlər nazirinin müavini;
İlqar Fətizadə - maliyyə nazirinin birinci müavini;
Elsevər Ağayev - səhiyyə nazirinin müavini;
Əli Abdullayev - nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini;
Sevinc Həsənova - iqtisadiyyat nazirinin müavini;
Vilayət Zahirov - ədliyyə nazirinin müavini;
Firudin Qurbanov - təhsil nazirinin müavini;
İntiqam Babayev - gənclər və idman nazirinin müavini;
Rafiq Bayramov - mədəniyyət nazirinin müavini;
Rüstəm Usubov - Baş Prokurorunun birinci müavini;
Əsgər Abdullayev - Dövlət Gömrük Komitəsi sədrinin müavini;
Aynur Sofiyeva - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
İsmayıl Bağırov - Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini;
Asif Cəbrayılov - Dövlət Sərhəd Xidməti rəisinin müavini;
Qafar Cəbiyev - Milli Televiziya və Radio Şurası sədrinin müavini;
Rəşad Nəsirov - “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC sədrinin müavini;
Dağbəyi İsmayılov - “Azərbaycan Dövlət İnformasiya Agentliyi” İdarə Heyəti sədrinin müavini;
Rəhman Qurbanov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti;
Ramin Yusifov - “Azərişıq” ASC sədrinin müavini;
Seymur Seyidov - “Azərsu” ASC sədrinin müavini;
Sabir İlyasov - “Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti;
Fərasət Qurbanov - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru;
Elgin Həbibullayev - Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri;
Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti;
Fəqan Şahverdiyev - Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri.

Bu sərəncamdan irəli gələn məsələlər İşçi qrupu və aidiyyəti qurumlar tərəfindən həll ediləcək.

Sərəncamın icrasına nəzarət Azərbaycan Baş nazirinin müavini Əli Həsənova həvalə edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler