Şəhid ailələri prezidentə məktub yazdılarBölmə: Sosial
Şəmkir rayonundan olan bir qrup şəhid ailəsi Prezident İlham Əliyevə məktub ünvanlayıb. Xalqinfo.az xəbər verir ki, şəhid ailə üzvlərinin məktubu prezidentin rəsmi saytında yerləşdirilib: "Əziz Prezidentimiz. Qəhrəman Vətən övladlarının uğrunda canlarını fəda edərək şəhid olduqları doğma Azərbaycanımızın bütün sahələrdə inkişafını, müstəqil dövlətimizin ildən-ilə möhkəmlənməsini və beynəlxalq aləmdə mövqeyinin güclənməsini, söz sahibi olmasını gördükcə biz şəhid ailələri qürur hissi keçiririk. Eyni zamanda, bizi sevindirən Sizin şəhid ailələrinə xüsusi qayğınız, onların sosial təminatlarını artırmaq, yaşayışlarını yaxşılaşdırmaq üçün apardığınız siyasətdir. Şəhid ailələrinin mənzillərlə, təqaüdlərlə, pensiya və müavinətlərlə təmin olunması istiqamətində aparılan işlərdən çox razıyıq. Eyni zamanda, şəhid hərbi qulluqçuların vərəsələrinin 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin olunması məqsədilə cari ilin aprelində imzaladığınız Fərman daha bir humanist addımınız olmaqla bizi çox sevindirdi. Biz bu Fərmanı Sizin şəhid ailələrinə qayğıkeş münasibətinizin davamı kimi yüksək dəyərləndiririk. Birdəfəlik ödəmə almaq hüququmuzu öyrəndikdən sonra notarial qaydada müraciət etdik və birdəfəlik ödəmə ilə təmin olunduq. Bu vəsait bizim rifahımıza böyük dəstəkdir. Ona görə də biz - bir qrup şəhid ailəsi ölkəmizdə bu kateqoriyadan olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlərə, onlarla bağlı bütün əhali tərəfindən rəğbətlə qarşılanan ədalətli qərarların verilməsinə, humanist addımların atılmasına görə Sizə dərin minnətdarlığımızı bildiririk. Azərbaycanda sabit həyat, əmin-amanlıq işində dayanıqlı inkişafı təmin edən və ölkəmizi böyük qələbələrə doğru aparan siyasətinizə uğurlar arzulayırıq. Şəhid ailələrinin üzvləri adından dərin hörmətlə, Həsənli Aqil Habil oğlu Böyükkişiyeva Elnurə Əli qızı İbadullayev Müzəffər Həbib oğlu İbadullayeva Gülarə Nağı qızı İsgəndərov Ayxan Vaqif oğlu İsgəndərova Tinatin Adil qızı İsgəndərov Vasif Vaqif oğlu Hüseynov Aqşin Novruz oğlu Hüseynova Nahidə Cəmil qızı Yusibova Aminə Novruz qızı Rəhimov Həsən Məmməd oğlu Dəmirov Natiq Bayram oğlu Məmmədov Sədi İbrahim oğlu Feyzullayeva Şəmsiyyə İbrahim qızı Məmmədova Rəsmiyyə İbrahim qızı Məmmədov Sakit İbrahim oğlu Hüseynov Akif İslam oğlu Məmmədova Rahilə Qara qızı Məmmədov Məmməd Qara oğlu Əliyev Aqil Çoban oğlu Həsənova Gülarə Vəli qızı Hacıyeva Hicran Cavad qızı Hacıyeva Məhsəti Çingiz qızı Qasımova Dursun Sarı qızı Abdullayev Məsdan Yunis oğlu Kazımova Dilarə Rza qızı Abbasova Zülfiyyə Nəriman qızı Cəfərova Esmira Nəriman qızı Usubov Elnur Nəriman oğlu Usubov Bəxtiyar Nəriman oğlu Sadıqova Roza Dadaş qızı Süleymanov Asəf Hikmət oğlu Abbasova Şura Telman qızı Alıyeva Bayaz Müseyib qızı Qurbanova Savad Həsən qızı Qurbanov Əli Bayram oğlu Alıyeva Durdanə Vahid qızı Bağırova Hürnisə Zeynalabdin qızı İsmayılova Nabat Zeynal qızı Alıyev Vahid Əkbər oğlu Vəliyeva Rahilə Məbut qızı Rzayeva Yeganə Əfsən qızı Rzazadə Nofəl Qiyas oğlu Verdiyev Firudin Məhəmməd oğlu Verdiyeva Lilpar Məhəmməd qızı Ələkbərov Museyib Məhəmmədli oğlu Qasımov Oruc Əli oğlu Bayramova Südabə Sabir qızı Tabıyeva Saidə Sabir qızı Tabıyev Sarif Sabir oğlu Rüstəmli Bəhərçin Bəhlul oğlu Rüstəmova Səadət Musa qızı Rüstəmova Səkinə Qasım qızı Alıyev Seymur Məzahir oğlu Alıyeva Sevinc Məzahir qızı Alıyeva Saidə Qəhrəman qızı Alıyeva Sevda Məzahir qızı İsmayılova Sahibə Qərib qızı Əliyeva Nəzifə Həmzə qızı. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|