Azərbaycana 10 sığorta agentinin lisenziyası LƏĞV EDİLDİBölmə: Sosial
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə 10 fiziki şəxsə sığorta agenti kim fəaliyyət göstərmək üçün verilmiş lisenziyalar ləğv edilib, 3 fiziki şəxsə isə müddətsiz sığorta agenti lisenziyaları verilib. Bu barədə Unikal.org-a Palataya istinadən xəbər verir. Məlumatda deyilir ki, qurum fəaliyyəti barədə rüblük hesabatları təqdim etməyən 8 fiziki şəxsin lisenziyalarını 3 ay müddətinə dayandırıbmış. Lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən hallar aradan qaldırılmadığı üçün onların lisenziyaları ləğv edilib. Bundan əlavə, "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən, Məmmədova Xəyalə Rafiq qızı və Rzayev Rəşad Rabil oğlunun könüllü müraciətləri əsasında onların da lisenziyaları ləğv olunub. Eyni qərarla attestasiyadan müvəffəqiyyətlə keçən Məmmədov Alim Xalid oğlu, Səfərova Validə Fətulla qızı və Nemətli Mehdi Nemət oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|