» » Deputatlardan hökumətə çağırışlar...

Deputatlardan hökumətə çağırışlar...

Bölmə: Sosial
Deputatlardan hökumətə çağırışlar...
Milli Məclisin plenar iclasında çıxış edən deputat Jalə Əliyeva 2019-cu ilin büdcə layihəsinin real proqnozlara əsaslandığını, əsaslı sənəd olduğunu vurğuladı.

Deputat bununla yanaşı, güzəştli ipotekaların sadəcə dövlət qulluqçularına deyil, müəllimlərə, həkimlərə, mədəniyyət işçilərinə də şamil ediməsini təklif etdi. Həmçinin icbari tibbi sığortanın tətbiqi üçün əlavə vəsaitin ayrılmasına çarğırdı. Eynu zamanda sığınacaqların tikilməsini zəruri saydı.

Bundan əlavə, J.Əliyeva kino yaradıcılığına samballı vəsaitin ayrılmasını təklif etdi. Deputat dedi ki, ölkədə bütün məsələlərin həllini yalnız dövlətdən gözləmək olmaz, iş adamları da hərəkətə keçməlidir.

Deputat Sona Əliyeva seçicilərinin problemləri barədə danışdı. Xüsusilə də su probleminə diqqət çəkdi. Dedi ki, Şəmkir rayonunda Axıska türklərinin yaşadığı kənddə ciddi su problemi var.

O, eyni zamanda 240 yerlik Ələsgərli kənd məktəbinin qəzalı vəziyyətdə olduğunu söylədi: “2 ballıq zəlzələ kifayətdir ki, həmin məktəb uçsun. Xahiş edirəm məktəbin yenidən tikilməsi üçün addım atılsın”.

Komitə sədri Rafael Hüseynov mədəniyyətə, xüsusilə də kinoya vəsaitin artırılmasını təklif etdi.

Deputat Sahib Alıyev seçildiyi Tərtər rayonu 100 faiz qazlaşdırılan rayonların sırasında olduğuna görə dövlət başçısına təşəkkür etdi. Daha sonra cəbhə bölgəsində yaşayan seçicilərin problemlərindən danışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler