» » Məktəb direktoruna böhtan yaxılır -

Məktəb direktoruna böhtan yaxılır - İddia

Bölmə: Sosial
Məktəb direktoruna böhtan yaxılır -
Son zamanlar ayrı-ayrı xəbər portallarında Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman xanım Rüstəmova haqda müxtəlif səpkili, böhtan xarakterli yazılar dərc olunur.

Bia.az-ın aldığı məlumata görə, bütün bunlar Respublikamızın bütün təhsil şöbələrində olduğu kimi, Beyləqan rayon təhsil şöbəsində də görülən möhtəşəm işlərə kölgə salmaq və mövcud sosial sabitliyin pozulmasına yönəlmiş qərəzli hərəkətlərdən başqa bir şey deyildir. Ölkə rəhbərliyinin təhsil işlərinə bilavasitə diqqət və qayğısı yerli hakimiyyət strukturlarını işlərində dönüş yaratmağa, daha çevik fəaliyyət göstərməyə sövq edib. Bunun bariz nümunəsi kimi Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman xanım Rüstəmova da öz bacarığı, təşkilatçılığı və insani keyfiyyətləri ilə beyləqanlıların hörmət və rəğbətini qazanıb. Məntiqi olaraq Xuraman xanım haqqında ayrı-ayrı şəbəkələrdə gedən, heç bir fakta söykənməyən yazılar hər kəsdə təəssüf və ikrah hissi doğurur.

Bu günlərdə Beyləqan rayon təhsil şöbəsi haqqında xəbər saytlarının birində yerləşdirilmiş “Beyləqan Təhsil Şöbəsində tükürpədici faktlar” başlıqlı yazı haqlı olaraq yenə də rayon ictimaiyyətinin qəzəbinə səbəb olub. Yazılanların tam əksinə olaraq Beyləqan rayon təhsili özünün inkişaf tempinə görə respublikamızın öndə gedən bölgələrindən biridir.

Yaxşı olardı ki, sosial şəbəkələrdə Beyləqan Təhsil Şöbəsinin fəaliyyəti dövründə rayonda gedən təhsilin yüksəliş, rayon əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər öz əksini tapa idi.

Təmiz insanları ləkələmək üçün sifarişli yazılar yazanlar unutmasınlar ki, beyləqanlılar ağı qaradan seçməyi yaxşı bacarır. Dövlətçiliyə sadiq məmurlara ləkə vurmaqla onları tutduqları düz yoldan çəkindirmək olmaz. Çünki atalar demişkən, "yalan ayaq tutar, ancaq yeriməz". İnsanlar yazılanlarla olanları müqayisə edib şəbəkələrdə təkcə Beyləqan Təhsil Şöbəsi haqqında deyil, başqa bölgələr haqqında da gedən yalan və böhtanla dolu yazılara inanmırlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler