» » "Heç bir yerdə insana işgəncə etmək kimi müalicə metodu yoxdur" - Parapsixoloq Vüsal Merdinli

"Heç bir yerdə insana işgəncə etmək kimi müalicə metodu yoxdur" - Parapsixoloq Vüsal Merdinli

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
"Heç bir yerdə insana işgəncə etmək kimi müalicə metodu yoxdur" - Parapsixoloq Vüsal Merdinli
Bu gün bir çox saytlarda və eləcə də sosial şəbəkələrdə Şabran rayonunda “cin çıxarmaq” adı ilə 25 yaşlı Murad Soltanovu döyərək öldürülməsi xəbəri yayılıb.

Xəbər verdiyimiz kimi, hadisə ilə bağlı vəhhabi təriqətinin üzvü olduğu bildirilən 6 nəfər saxlanılıb.

Rayon prokurorluğunda faktla bağlı cinayət işi açılıb.

Xalqinfo.az məlumata əsasən sırf bu sahə üzrə mütəxəssis, Azərbaycanda və bir çox xarici ölkələrlə əlaqədə olaraq çalışan tanınmış Parapsixoloq Vüsal Merdinlidən fikirlərini öyrənib.

Parapsixoloq bildirib ki, bu məlumatı oxuduqda şok keçirdib.

"Bizim dinimizdə işgəncə yoxdur. Quranımız hər kəsin qəlbinə, ruhuna hətta orqanizminə də şəfadır. Dünyanın bir çox ölkələrində İtaliyada, Amerikanın bir çox ştatlarında, İngiltərədə və s. Exorcism "Cin çıxarma" klinikaları var. Almaniyada bu akedemik səviyyədə araşdırılır və tətbiq olunur. Rusiyanın özündə də bu sahədə klinikalar, mərkəzlər var və işlər gedir. Amma heç bir yerdə insanı hansısa alətlə və ya nəyisə əlinə alaraq döymək kimi və ya işgəncə etmək kimi tətbiq üsulu, müalicə metodu yoxdur. Yalnız dualarla, psixoloji dəstəklə yardım etmək olur. Bu gün oxuduğum şok verici bir üsul, zənnimcə bir dinin, exstremist bir qrupun, fanatik insanların işidir, bilib bilmədən bu işi görürlər. Azərbaycanda həqiqətən də bu işin mütəxəssisləri çox olmasa da barmaq sayı qədər var. Amma işi bilib bilmədən insanlara bu cür zülm edib, işgəncə verib, çox təəssüflər olsun ki, ölüm həddinə çatdıranlar da var. Həmin gənc qurbana Allah rəhmət eləsin. Yaxınlarına başsağlığı verirəm. İnşaAllah ki, bu kimi hallar bir daha təkrar olunmaz, qarşısı tezliklə alınar. Cinayəti törədənlər isə layiqli cəzalarını alarlar".

"Heç bir yerdə insana işgəncə etmək kimi müalicə metodu yoxdur" - Parapsixoloq Vüsal Merdinli

Parapsixoloq Vüsal Merdinli bu kimi xəstəlikdən əziyyət çəkənlərə və ya özündə hər hansısa şüphəli bir durumu aşkar edən insanlara məsləhətini çatdırıb:

"Bu insanlara ilk olaraq deyərdim ki, psixoterapevtə müraciət etsinlər. Çünki oxşar hallar şizofrenik xəstələrdə, pisxoz durumunda olan xəstələrdə də olur. Ona görə deyirəm ki, psixoterapevtə görsənsinlər. Ondan sonra bizlik durum varsa bizə müraciət etsinlər. Yəni bu işin mütəxəssislərinə. Həmin durumdan çıxarmağın üsulları var. Peyğəmbərimizin sünnəti var. Həm İslam ezoterikasından həm digər istər "Qafqaz" xalqlarının ezoterikası var həm də şaman üsulları var. Hərəsindən lazım olan maksimum effekt verən minimum zərər verən üsullarla təmizləyirik. Bu günə kimi minlərlə insanları təmizləmişik, narahat edici durumdan xilas etmişik. Heç bir xəstədə problemlə üzləşməmişik. Eyni səhvi hal-hazırda fəaliyyət göstərməyən keçmiş "ANS" televiziyası etmişdi. Özünə ektrasens deyənlər bilib bilmədən bir qıza zərər verirdi. Biz həmin qızı gedib götürdük və kömək etdik sağaldı. Çox olub belə şeylər. İnsanlarda maraq doğuran sahədi, lakin oxumadan, bilmədən bu işi ələ götürmək olmaz. Kimisə döymək heç bir kitabda, heç bir mentalitetdə yoxdu. Bu sadəcə sələfilərə, vəhhabi təriqətinə xas olan bir üsuldur".


Şəfa Rasimqızı
www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler