» » “Azərbaycan yazıq ölkə deyil...”

“Azərbaycan yazıq ölkə deyil...”

Bölmə: Sosial
“Azərbaycan yazıq ölkə deyil...”
“Biz həmişə deyirik ki, büdcəmiz sosial yönümlü büdcədir. Amma pensiya alan pensiyaçı, ya da əlil bunu hiss etmir”.

Xalqinfo.az xəbər verir ki, bunu deputat Aytən Musatafazadə parlamentdə deyib. O qeyd edib ki, pensiyası 5, 10 manat artan pensiyaçı heç nə eliyə bilmir: “144 manat alan pensiyaçı onu yalnız kommunal xərclərinə verir. Başa düşürsüz, biz sosial hüquqlardan danışırıq. Səttar müəllim (Mehbalıyev) çıxışına yaxşı başlamışdı, axırda dedi ki, bunların hamısını yerinə yetirə bilmərik. Niyə yerinə yetirə bilmirik? Dünən də müzakirə zamanı maliyyə naziri Samir Şərifov dedi ki, biz Azərbaycanı Belarusla müqayisə edə bilmərik. Niyə edə bilmərik ki? Cənab prezidentin göstərdiyi səy nəticəsində Azərbaycan hazırda geostrateji layihələrin təşəbbüskarıdır. Kənd təsərrüfatı inkişaf etdirilib. Sonuncu reytinqlərə baxaq. Azərbaycan heç də yazıq ölkə deyil. Xahiş edirəm, belə reaksiya verməyin. Belarus böyük ölkədir. Biz insanlara münasibəti müqayisə edə bilərik.10 milyonluq Azərbaycan çox qüdrətli bir dövlətdir. Biz vətəndaşlarımıza onlar layiq olduğu qayğını göstərə bilərik. Sosialyönümlü büdcə konkret rəqəmlərdə göstərilməlidir. Maaşlar və müavinətlər artırılmalıdır”.

H. Rəcəbli də qeyd edib ki, bu rəqəmlər tələblərə cavab vermir: “Zaman-zaman artmalıdır”.


Şəfa Rasimqızı
www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler