» » Sementə tətbiq edilən gömrük rüsumu dəyişdirildi

Sementə tətbiq edilən gömrük rüsumu dəyişdirildi

Bölmə: Sosial
Sementə tətbiq edilən gömrük rüsumu dəyişdirildi
Azərbaycana idxal edilən süni boyanmış və ya boyanmamış ağ sementə tətbiq edilən gömrük rüsumu dəyişdirilib.

Xalqinfo.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərara əsasən, ölkəyə idxal edilən süni boyanmış və ya boyanmamış ağ sementin tarif dərəcəsi əvvəlki kimi 15 faiz olacaq.

Sənəddə qeyd olunub ki, həmin məhsul 1 kiloqramı üçün bu ilin noyabrın 11-dək 0,07 ABŞ dolları gömrük rüsumu tutulur. Dəyişikliklə bu rüsum ləğv edilib.


Şəfa Rasimqızı
www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler