» » Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar

Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar
Noyabrın 7-də Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.

Xalqinfo.az xəbər verir ki, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak ediblər.

Mərkəzin binası 1986-cı ildə inşa edilib və uşaq düşərgəsi olub. Birinci vitse-prezidentin tapşırığı ilə burada yenidənqurma işləri aparılıb. Bundan sonra bu məkan “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzi kimi fəaliyyət göstərəcək.

Mehriban Əliyeva istirahət və sağlamlıq mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.

Mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı birinci vitse-prezident Mehriban Əliyevaya burada aparılmış yenidənqurma, təmir-bərpa və abadlıq işləri barədə ətraflı məlumat verilib.

Bu məkan uşaqların sosiallaşması, asudə vaxtlarının təşkili, düşüncə tərzinin, məntiqinin inkişaf etdirilməsi üçün mühüm funksiya daşıyacaq. Təhlükəsizlik məqsədilə videomüşahidə sistemi qurulub. Uşaqlar üçün daha bir yenilik isə burada “Radio Cırtdan”ın fəaliyyət göstərməsi olacaq.


Şəfa Rasimqızı
www.xalqinfo.az

Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar
Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar
Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar
Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar
Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar
Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar
Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar
Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler