» » Vəkillər Kollegiyasının nümayəndə heyəti beynəlxalq konfransda -

Vəkillər Kollegiyasının nümayəndə heyəti beynəlxalq konfransda - Foto

Bölmə: Sosial
Vəkillər Kollegiyasının nümayəndə heyəti beynəlxalq konfransda -
Noyabrın 2-də Belarusun paytaxtı Minskdə Belarus Respublikasının Vəkillər Kollegiyası və Rusiya Vəkillərinin Federal Palatası tərəfindən təşkil olunmuş “Dövlət və vəkillik: qarşılıqlı əlaqə yolları” mövzusunda beynəlxalq konfrans keçirilib.

Xalqinfo.az xəbər verir ki, konfransda Belarus, Rusiya, Qırğızıstan, Moldova, Latviya, Ukrayna və Gürcüstan vəkillər kollegiyalarının rəhbərliyi, o cümlədən bir çox ölkədən vəkillər, habelə Belarusun ədliyyə nazirinin müavini, Belarus Baş prokurorunun müavini iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası sədri Anar Bağırov və kollegiyanın üzvü, “Kəngərli və Partnyorları” vəkil bürosunun rəhbəri İsmayıl Kəngərli tərəfindən təmsil olunub.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov konfransda “Azərbaycanda vəkillik sahəsində islahatlar: hədəflər” mövzusunda təqdimatla çıxış edib.

Vəkilliyin inkişafı və nüfuzunun artırılması, bu istiqamətdə görülmüş işlər və planlaşdırılmış tədbirlər, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamının tarixi əhəmiyyəti, Sərəncamda qeyd olunmuş tapşırıq və tövsiyələrin icrası ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.

Qeyd edək ki, konfrans çərçivəsində sədr Anar Bağırovun iştirakçı dövlətlərin vəkillər kollegiyalarının rəhbərləri ilə ikitərəfli görüşləri də keçirilib.

Tədbirdə digər ölkələrin vəkillər kollegiyalarının rəhbərləri və vəkillərinin müxtəlif mövzularda çıxışları dinlənilib.


Şəfa Rasimqızı
www.xalqinfo.az

Vəkillər Kollegiyasının nümayəndə heyəti beynəlxalq konfransda -
Vəkillər Kollegiyasının nümayəndə heyəti beynəlxalq konfransda -
Vəkillər Kollegiyasının nümayəndə heyəti beynəlxalq konfransda -
Vəkillər Kollegiyasının nümayəndə heyəti beynəlxalq konfransda -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler