» » İşəgötürənlər qarşısında yeni tələblər qoyulur -

İşəgötürənlər qarşısında yeni tələblər qoyulur - Video

Bölmə: Sosial
İşəgötürənlər qarşısında yeni tələblər qoyulur -
Gələn ildən etibarən işəgötürən təşkilatlar qarşısında mülki-hüquqi müqavilə, yəni xidməti müqavilə əsasında çalışan işçilərlə bağli yeni tələblər qoyulacaq. Bununla da real olaraq daimi işlə məşğul olanların xidməti müqavilə əsasında çalışdırılmasının qadağan ediləcəyi planlaşdırılır.

Xalqinfo.az bu barədə "Xəzər xəbər”ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov bildirib.

Onun sözlərinə görə, ölkə üzrə işləyən hər kəsin siyahısı yeni yaradılan vahid məşğulluq reyesterinə daxil ediləcək.

İsa Həsənov bildirib ki, işəgötürənlər tabeliklərində olan hər kəsin məlumatlarını vahid məşğulluq reyesterinə daxil etməli olacaqlar. Həmin məlumatlar əsasında ilkin olaraq xidməti müqavilə adı altında işləyənlər araşdırılacaq. Qanunu pozan işəgötürənlər isə cəzalandırılacaqlar.

Yeni hazirlanan qaydalar qanunvericilikdə nəzərdə tutulmus is rejimində çalisan, lakin mülki-hüquqi əsaslarla isə cəlb edilən isçilərin xidməti müqavilədən əmək müqaviləsinə keçirilməsini nəzərdə tutur.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler