» » Direktor olmaq istəyənlərin nəzərinə! - Nazir əmr imzaladı

Direktor olmaq istəyənlərin nəzərinə! - Nazir əmr imzaladı

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Direktor olmaq istəyənlərin nəzərinə! - Nazir əmr imzaladı
Təhsil naziri Ceyhun Bayramov “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə” əmr imzalayıb.

Təhsil Nazirliyindən Xalqinfo.az-a verilən məlumata görə, əmrə əsasən, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları” təsdiq edilib.

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyində müsabiqə və apelyasiya komissiyaları yaradılıb.

Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş əsasda dörd mərhələdən ibarət müsabiqə yolu ilə elektron qaydada keçirilir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, pedaqoji stajı 5 ildən az olmayan (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən şəxslər iştirak edə bilərlər.

Müsabiqənin 2018-ci ilin oktyabr-dekabr aylarında keçirilməsi planlaşdırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler