» » Sürüşmə Teleqülləyə təsir edəcək?

Sürüşmə Teleqülləyə təsir edəcək?

Bölmə: Sosial
Sürüşmə Teleqülləyə təsir edəcək?
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində baş verən sürüşmə Teleqülləyə təsir edə bilməz.

Xalqinfo.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspedisiya rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, sürüşmə ərazisindəki vəziyyət tam nəzarət altındadır: "Biz həmin ərazini mütəmadi izləyirik. Əraziyə mayaklar qoyulub. Teleqüllənin özü təxminən 20 metrdən çox olan əhəng daşının üzərində inşa olunub, möhkəm əsaslar üzərindədir. Teleqüllənin inşa edildiyi yer düzgün seçilib. Ona görə də, bu sürüşmələrin Teleqüllə üçün heç bir təhlükəsi yoxdur. Həmin ərazidə də hazırda təhlükə yoxdur".

Qeyd edək ki, Bakının Səbail rayonunda, Badamdar şosesindəki sürüşmə zonasında sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb. Sürüşmə zonasında son monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik dinamikası dayanmayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler