» » Bu sürücülər 50 manat cərimələnəcək

Bu sürücülər 50 manat cərimələnəcək

Bölmə: Sosial
Bu sürücülər 50 manat cərimələnəcək
Azərbaycanda avtobusda və taksidə siqaret çəkənlər cərimələnəcək.

Xalqinfo.az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinin 0.4-cü bəndinə dəyişiklik təklif edilir.

Hazırki qanunvericiliyə əsasən, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir.

Bu cərimə sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlərə də tətbiq olunacaq.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler