» » “Cənab Prezident, Sizə bir can borcum var!” -

“Cənab Prezident, Sizə bir can borcum var!” - Səbuhi Məmmədli

Bölmə: Sosial
“Cənab Prezident, Sizə bir can borcum var!” -
“Dünən mənim doğum günüm idi, bu gün verdiyiniz göstərişlə SİZ məni yenidən həyata qaytardınız”.

Xalqinfo.az xəbər verir ki, bunu tanınmış jurnalist Səbuhi Məmmədli Prezident İlham Əliyevin onunla bağlı göstərişindən danışarkən deyib.

Xatırladaq ki, dövlət başçısı İlham Əliyev Mətbuat Şurasının məktubuna cavab olaraq, jurnalistin sağlıq durumunun yaxşılaşması üçün tədbirlər görülməsi barədə müvafiq tapşırıq verib.

Səbuhi Məmmədli ölkə başçısına onun probleminə həssaslıqla yanaşdığına görə minnətdarlıq edib.

“Bir daha əmin oldum ki, DÖVLƏTİNƏ arxalanan heç vaxt YIXILMAZ!!! Sizə can sağlığı arzulayıram CƏNAB PREZİDENT! Sizə bir can borcum var!
Bir insan, bir vətəndaş, bir jurnalist kimi minnətdarlığımı bildirirəm!!!!”,-deyə o bildirib.

Qeyd edək ki, Səbuhi Məmmədli kəskin şəkərli diabetdən, qaraciyər və ürək çatışmazlığından əziyyət çəkir. Hazırda səhhəti ağırlaşmış jurnalistin həyatı təhlükədədir./Modern.az/

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler