» » “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edildi

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edildi

Bölmə: Sosial
“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edildi“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Xalqinfo.az xəbər verir ki, təklif edilir ki, qanunun 4-cü (Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları) maddəsinin 1-2 bəndi yeni redaksiyada verilsin. Həmin redaksiyada qeyd olunur ki, “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sahəsində göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir”.

Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler