» » “Piyada vurlması ümumi qəzaların 43 faizini təşkil edir” -

“Piyada vurlması ümumi qəzaların 43 faizini təşkil edir” - Kamran Əliyev

Bölmə: Sosial
“Piyada vurlması ümumi qəzaların 43 faizini təşkil edir” -
Məktəblər açılandan - 15 sentyabrdan etibarən kütləvi informasiya vasitələrində insan ölümü ilə nəticələnən qəzalarla bağlı məlumatların artdığı müşahidə olunur. Yollarda mütəmadi olaraq profilaktiki tədbirlər aparılsa da "yol terroru” davam edir. Bəs görəsən qəzaların artmasına səbəb nədir? Bunun qarşısını almaq üçün hansı tədbirlər görülür?

Xalqinfo.az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, bu ilin 8 ayında baş vermiş qəzaların sayı, qəzada ölənlərin və yaralananların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə kifayət qədər aşağıdır.

"Yəni qəzaların sayında konkret olaraq 52 fakt, ölənlərin sayında 23 və yaralananların da sayında 23 fakt azalma var. Statistika onu göstərir ki, qəzalar artmayıb, əksinə azalıb. Qəzaların azalması istiqamətində konkret olaraq dövlət yol polisi tərəfindən mütəmadi tədbirlər görülür. Yəni inzibati tədbirlərlə yanaşı profilaktiki tədbirlər də görülür. Əməkdaşlarımız yolda xidmət aparmaqla yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində öz xidmətlərini qurublar. Ayrı-ayrı sürücülər tərəfindən intizamsızlıq göstərilməsi, Yol Hərəkəti Qaydalarının kobud şəkildə pozulması çox əfsuslar olsun ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarır. Əlbəttə ki, belə sürücülərə qarşı da daim mübarizə aparılır. Sözsüz ki, bu işdə xüsusi texniki vasitələrin də köməyindən istifadə olunur ki, bu gün həqiqətən də bu sistemlər tətbiq olunandan ölkədə istənilən növ qayda pozuntusu ilə bağlı baş vermiş yol-nəqliyyat hadisələrinin sayında azalma müşahidə olunur”.

Kamran Əliyevin sözlərinə gözlərinə görə, bu gün ən çox narahatlıq doğuran problem piyadaların vurulmasıdır.

"Yəni piyada intizamsızlığı bu gün də özünü göstərir. Çox təəssüflə etməliyik ki, piyada vurma hadisələri bu gün ümumi qəzaların təxminən 43 faizi təşkil edir. Bu əvvəlki dövrlərlə müqayisədə nisbətən aşağı düşüb. Əvvəllər Respublika üzrə piyadaların vurulması 50-51 faiz təşkil edirdi, Bakı şəhəri üzrə isə 67 faizə qədər idi. Buna baxmayaraq, yenə də çalışırıq ki, piyadaları maarifləndirmə yolu ilə bu qayda pozuntularına yol verməkdən yayındıraq. Bu gün nə qədər insanlar ahıl yaşda, orta yaşda, körpə uşaqlar avtomobil qəzasında dünyasını dəyişir. Biz bununla bağlı insanları məsuliyyətli olmağa, qaydalara riayət etməyə çağırırıq. Bu çağırışda biz Kütləvi İnformasiya Vasitələrinin dəstəyindən də istifadə edirik. Maarifləndirmə işlərində nəticə əldə olunmasında KİV-lərin rolu önəmlidir".

Polkovnik deyib ki, sürücülər sürət həddinə daima diqqət etməlidirlər.

"Baxmayaraq ki, ən çox sürücü sürət həddinin aşılmasına görə məsuliyyətə cəlb olunur, amma, qəza sayı etibarı ilə sürət həddinin aşılmasına görə baş verən qəzaların sayı digər qəzaların sayından çoxdur. Ötmə və qarşı hərəkət zolağına çıxma nəticəsində törədilən qəzaların sayı da nisbətən artıqdır. Biz tam əminliklə deyə bilərik ki, ən çox qəza törətməsinə səbəb ərazidən müəyyən olunmuş sürət həddini aşmaları, yəni harada radar var orada sürəti azaldıb, radarların olmadığı yerlərdə yüksək sürətlə idarə etmək, müəyyən olunmamış yerlərdə ötmə və qarşılıqlı hərəkət zolağına çıxma nəticəsində olur. Baş verən qəzaların sayını azaltmaq üçün sürücü ötmə aparmazdan əvvəl həmin zolaqda avtomobilin olub olmamasını müəyyənləşdirməlidir. Sürücünün tam diqqəti yolda olmalıdır. Diqqətin yolda olması təkcə qabağa baxmaqdan ibarət deyil, sürücünün diqqətinin yolda olması o deməkdir ki, o bütün proseslərə diqqət etməldir, güzgülərdən istifadə etməlidir, yol nişanlarına diqqət yetirməlidir, hava şəraiti, yolun vəziyyəti nəzərə alınmalıdır. Bunların hamısına əməl olunsa qəzaların sayı minimuma enər. Təkcə sürücülər deyil, piyadalar da diqqətli olmalıdırlar, yolu keçmədən əvvəl sağa-sola baxsınlar. Yaxınlıqda piyadaların keçməsi üçün müəyyən olunmuş yer var oradan keçsinlər, öz həyatlarına riskə atıb sürətlə gələn maşının qarşısına çıxmasınlar”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler