» » Bir neçə məktəbdə səyyar qəbul oldu


Bir neçə məktəbdə səyyar qəbul oldu

Bölmə: Sosial
Bir neçə məktəbdə səyyar qəbul olduBakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.


qafqazinfo xəbər verir ki, növbəti səyyar qəbullar Nəsimi və Xətai rayonlarında keçirilib. Nəsimi rayonu üzrə 9 №li məktəbdə keçirilən səyyar qəbulda 5 - 292, 9, 14, 19, 247, 266 №li məktəblərin müəllim və valideynlərinin müraciətləri dinlənilib.

Xətai rayonu üzrə 171 №li məktəbdə keçirilən səyyar qəbula isə 24, 171, 191, 204, 260, 263, 264 və 265 №-li məktəblərin müəllim və valideynləri müraciət ediblər.

Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam edib. Nəsimi rayonu üzrə 6 müraciət, Xətai rayonu üzrə isə 20 müraciət qəbul edilib.

Əsas müraciətlər məktəblərin təmir edilməsi, əlavə korpusların tikilməsi, istilik sisteminin və məktəblərin həyətində aparılan abadlıq işlərinin daha da yaxşılaşdırılması ilə bağlı olub. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler