» » Azərbaycan və Rusiya gəmiləri Xəzərdə - Fotolar

Azərbaycan və Rusiya gəmiləri Xəzərdə - Fotolar

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Azərbaycan və Rusiya gəmiləri Xəzərdə - FotolarRusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin rəisi general-leytenant A.Buyerovun rəhbərliyi ilə "Brilliant” sərhəd gözətçi gəmisi Bakı limanına dostluq səfəri edib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Xalqinfo.az-a verilən məlumata görə, səfər zamanı tərəflər arasında görüş keçirilib, ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi və bioloji resursların qorunması, qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsi məsələləri müzakirə olunub.

Rusiyanın "Brilliant” sərhəd gözətçi gəmisinin və Dövlət Sərhəd Xidmətinin gəmi və katerlərinin iştirakı ilə "Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, qeyri-qanuni miqrasiya, silah, partlayıcı maddələr və ölkə ərazisinə gətirilməsi və çıxarılması qadağan olmuş digər mal və yüklərin qaçaqmalçılığına qarşı mübarizənin aparılması” mövzusunda birgə sərhəd təlimləri keçirilib.

Təlimlər zamanı qanunsuz fəaliyyətin aşkarlanması, şərti hədəfin təqib edilməsi və saxlanılması üzrə birgə hərəkətlərin işlənilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi kimi elementlər icra edilib.

Səfər müddətində "Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan və Rusiya Sahil Mühafizəsi nümayəndələri arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib, qarşılıqlı qaydada tərəflərin sərhəd gözətçi gəmiləri ziyarət edilib.

Qonaqlar mədəni tədbirlər çərçivəsində "Heydər Əliyev Mərkəzi”ndə olub, həmçinin Bakı şəhərinin mədəni-tarixi abidələri, o cümlədən "İçərişəhər”, "Atəşgah” və "Qız Qalası” ilə tanış edilib.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Azərbaycan və Rusiya gəmiləri Xəzərdə - Fotolar
Azərbaycan və Rusiya gəmiləri Xəzərdə - Fotolar
Azərbaycan və Rusiya gəmiləri Xəzərdə - Fotolar
Azərbaycan və Rusiya gəmiləri Xəzərdə - Fotolar
Azərbaycan və Rusiya gəmiləri Xəzərdə - Fotolar
Azərbaycan və Rusiya gəmiləri Xəzərdə - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler