Sabah hava necə olacaq? - Proqnoz açıqlandıBölmə: Sosial
![]() Xalqinfo.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 18-22°, gündüz 27-31° isti olacaq. Sinoptiklərin xəbərdarlığına görə, sentyabrın 17-si səhərdən 18-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin əsəcəyi, arabir güclənəcəyi ehtimal edilir. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 30-35° isti olacağı proqnozlaşdırılır. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 17-22° isti olacağı bildirilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 26-31° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 24-29° isti, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacaq. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 28-33° isti olacağı ehtimalı var. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-22°, gündüz 27-32° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacağı ehtimal edilir. |
XƏBƏR LENTİ
19.02.19 22:05 | Hövsanda acınacaqlı mənzərə
19.02.19 21:59 | Bakının mərkəzi küçələrinin kəsişməsində nə baş verir?
19.02.19 21:42 | Daha bir senator ABŞ prezidentliyə namizəd oldu
19.02.19 21:39 | Ramil Usubov Sumqayıt yol polisinə yeni rəis təyin etdi
19.02.19 21:35 | Azərbaycan və çeçen ağsaqqalları görüşdü
19.02.19 21:26 | Milli Məclisdə könüllülərin sualları cavablandırıldı
19.02.19 21:15 | Polkovnik - leytenant xərçəngdən vəfat etdi
19.02.19 21:12 | Prezident Sahil Babayevə yeni müavin təyin etdi
19.02.19 21:09 | Ramil Usubov Türkiyədə səfərdədir
19.02.19 21:07 | DTX rəhbəri prezidentin səsini dinlədiyi üçün həbs edildi
19.02.19 06:47 | Azərbaycan Prezidenti İlham Əliyev
: "Bu zavodda istehsal olunan məhsullar ölkəmizə valyuta gətirəcək"
: "Bu zavodda istehsal olunan məhsullar ölkəmizə valyuta gətirəcək"
19.02.19 06:42 | Ayaqqabısının ölçüsü qədər iş görməyənlər...” - Prezidentlə görüşdən
19.02.19 06:26 | "Prezident Administrasiyasından mənə telefon zəngi oldu və dedilər ki..." -
Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
18.02.19 13:10 | İqbal Ağazadə ona 165 min “atana” kömək olunmasını istəyib
18.02.19 12:31 | İlham Əliyev Sumqayıtda zavod açılışında
18.02.19 12:30 | Ramil Usubov polis kapitanına VƏZİFƏ VERDİ
17.02.19 13:42 | Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü
17.02.19 13:40 | Azərbaycanda hava şəraiti dəyişəcək, sulu qar yağacaq
|