» » "Qaçqınkom" Cocuq Mərcanlıda şagirdlərə məktəbli forması payladı

"Qaçqınkom" Cocuq Mərcanlıda şagirdlərə məktəbli forması payladı

Bölmə: Sosial
"Qaçqınkom" Cocuq Mərcanlıda şagirdlərə məktəbli forması payladı
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət KomitəsiCəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndindəki şəhid Novruz Aslanov adına tam orta məktəbin şagirdlərini məktəbli geyimi ilə təmin edib.

Dövlət Komitəsindən Xalqinfo.az-a verilən məlumata görə, məktəbli geyimləri sentyabrın 15-də Bilik günü münasibətilə keçirilən tədbirdə şagirdlərə təqdim olunub.

Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov müəllimləri, şagirdləri və valideynləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edərək bildirib ki, Cocuq Mərcanlı Azərbaycan xalqının əyilməzliyinin və işğal altında olan torpaqlarımıza "Böyük qayıdış”ın simvoludur. İşğaldan azad edildikdən sonra Prezidentİlham Əliyevin müvafiq sərəncamları əsasında tamamilə yenidən qurulan və bütün lazımi infrastrukturu bərpa olunan kənddə daha güllə səsləri deyil, məktəb zənginin və məsciddən ucalan azanın sədaları eşidilir. Doğma yurda köçmüş sakinlər təhlükəsiz və rahat həyat şəraitində yaşayırlar. Onların məşğulluğunun təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Xatırladaq ki, Cocuq Mərcanlı kəndi 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilsə də, 1994-cü ilin yanvarında ulu öndərHeydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı azad olunub. Lakin yaxınlıqdakı Lələtəpə yüksəkliyində düşmən mövqeləri yerləşdiyindən kənddə yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin aprel döyüşlərində qəhrəman döyüşçülərimizin bu yüksəkliyi geri almasından sonra mövcud təhlükə aradan qalxıb. Məcburi köçkün sakinlərin Cocuq Mərcanlıya qayıdışı davam edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler