» » MTRŞ teleradio yayımçılarını cəzalandırdı

MTRŞ teleradio yayımçılarını cəzalandırdı

Bölmə: Sosial
MTRŞ teleradio yayımçılarını cəzalandırdı
Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dən Xalqinfo.az-a verilən məlumata görə, yığıncaqda teleradio yayımçılarının yeni mövsümə hazırlıq vəziyyəti, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” 1 dekabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun və kabel şəbəkəsi (İP TV) yayımı zamanı qanunvericiliyin icra vəziyyəti müzakirə edilib.

İclasda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” 1 dekabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 12.2, 14.1.4-cü maddələrinin tələblərinin teleradio yayımçıları tərəfindən icra edilmədiyi vurğulanıb, edilmiş xəbərdarlıqdan sonra müvafiq tədbirlərin görülmədiyi təqdirdə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi məqsədəmüvafiq hesab edilib.

Yığıncaqda eyni zamanda kabel şəbəkəsi yayımçıları tərəfindən teleradio təşkilatlarının razılığı olmadan onların verilişlərindən (proqramlarından) istifadə edilməsinə və ya mülkiyyətçilərin razılığı olmadan proqramların (verilişlərin) yayımlanmasına, köçürülməsinə (tirajının çoxaldılmasına), satılmasına və ya kütləvi nümayişinə görə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı məsələ müzakirə edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler