» » Abel Məhərrəmov beynəlxalq konfransa üzv seçilib

Abel Məhərrəmov beynəlxalq konfransa üzv seçilib

Bölmə: Sosial
Abel Məhərrəmov beynəlxalq konfransa üzv seçilib
Akademik Abel Məhərrəmov nüfuzlu beynəlxalq konfransın elm komitəsinin üzvü seçilib

Xalqinfo.az xəbər verir ki, 16-20 iyun 2019-cu il tarixlərində Yunanıstanın Saloniki şəhərində 17-ci Beynəlxalq Kimya və Ətraf Mühit konfransı keçiriləcək. Konfrans Avropa Kimya Elmləri Cəmiyyətinin Kimya və ətraf mühit bölməsi ilə Yunanıstan Kimyaçılar Assosiasiyasının təşkilatçılığıyla baş tutacaq. Bu nüfuzlu konfransın Elm Komitəsində dünyanın müxtəlif ölkələrindən ən tanınmış alimlər təmsil olunurlar. Sevindirici haldır ki, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov da bu komitəyə daxil edilib.

Bundan başqa BDU-nun bir neçə əməkdaşı da Avropa Kimya Elmləri Cəmiyyətinin xüsusi qrant layihəsi çərçivəsində bu konfransda iştirak etmək üçün dəvət olunublar.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler