Azərbaycanda deputat az bal toplayan tələbələrlə görüşdüXalqinfo.az AzEdu.az-a istinadən xəbər verir ki, görüşdə prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın və texnologiyaların sürətli inkişafından danışan Tahir Mirkişili dünyada baş verən 4-cü sənaye inqilabı şəraitində gələcəyə yönəlik ixtisaslı kadrlara böyük ehtiyac duyulduğunu xüsusi vuğulayıb. T.Mirkişili müasir dünyada əsas tələbin diploma deyil, yüksək bilik və bacarıqlara olduğunu, bunun üçün isə gənclərin tədris müddətində müasir biliklərə sahib olmalarının zəruriliyini gənclərin diqqətinə çatdırıb. “Aşağı bal göstəriciləri sizi ruhdan salmamalıdır. Dünya xeyli sayda uğurlu insanlar var ki, universitetlərə yüksək balla daxil ola bilməyiblər. Ancaq sonradan onların ideyaları və innovativ fəaliyyəti çox uğurlu olub. Buna görə də siz universitetdə oxuduğunuz illərində daha əzmkar olmalısınız. Yeni ideyalara sahib olmalısız. Yaradıcı olmalısınız. Daim öz üzərinizdə çalışıb bilik və bacarıq əldə etməlisiniz. Belə olacaqsa heç şübhəsiz ki, böyük uğurlara imza atmış olacaqsınız. Müasir Azərbaycan gəncliyi bütün sahələrdə inanılmaz şəkildə əzmkardır və sizlərdən bu istiqamətdə böyük gözləntilər var”. Sonda tələbələrə innovativ hədiyyələr təqdim olunub. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|