» » Azərbaycanlılar dünyanın ən emosiyasız millətləri reytinqində

Azərbaycanlılar dünyanın ən emosiyasız millətləri reytinqində

Bölmə: Sosial
Azərbaycanlılar dünyanın ən emosiyasız millətləri reytinqində
Azərbaycan dünyanın ən emosiyasız ölkələri siyahısına daxil edilib. Axşam hansı hissləri keçirməsi ilə bağlı suala azərbaycanlılar nə müsbət, nə də mənfi heç nə xatırlamayıblar.

Oxu.Az xəbər verir ki, “Global Emotions 2018” siyahısına 145 ölkənin adı daxil edilib.

Araşdırma “Gallup” mərkəzi tərəfindən 2017-ci ildə keçirilib. 15 yaşdan yuxarı 154 min nəfər arasında sorğu aparılıb.

Müsbət emosiyalı ölkələr siyahısına Paraqvay, Kolumbiya, Salvador, Qvatemala, Kanada, Kosto-Rika, Ekvador, Honduras, Panama, eləcə də, İslandiya, İndoneziya və Özbəkistan daxil olub.

Mənfi emosiyalı ölkələrə isə 146 ölkədən CAR, İraq, Cənubi Sudan, Çad, Serra-Leone, Misir, İran, Nigeriya, Fələstin, Liberiya, Madaqaskar və Uqanda daxil olub.

Azərbaycan bu siyahıda qeyri-emosional ölkələr sırasında yer alıb. Azərbaycanlıların emosional səviyyəsini Belarus və Yəmən sakinləri ilə eyniləşdirmək olar. Ən emosional ölkələr isə CAR, Peru və Syerra-Leone olub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler