» » “Bəzi məsələlər yerində həllini tapıb”

“Bəzi məsələlər yerində həllini tapıb”

Bölmə: Sosial
“Bəzi məsələlər yerində həllini tapıb”Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin ilk iclası keçirilir.

Xalqinfo.az xəbər verir ki, iclasın gündəliyinə 6 məsələ daxil edilib.

İlk olaraq sözügedən komitənin 2018- ci il yaz sessiyası ərzində gördüyü işlər barəsində komitə sədri İsa Həbibbəyli məlumat verib. O, qeyd edib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib və gündəliyə daxil olan 16 məsələyə baxılıb: “Bu dövrdə komitəyə 206 müraciət daxil olub. Vətəndaşlardan daxil olmuş 149 müraciətlə əlaqədar 97 məktub hazırlanaraq aidiyyatı üzrə göndərilib. Qəbul günlərində 25 nəfər vətəndaşın müraciətinə baxılıb. Bəzi məsələlər yerində həllini tapıb.

Komitəyə daxil olmuş ərizələrin təhlili göstərir ki, müraciətlərin bir hissəsini müəllimlərin diaqnostik qiymətləndirilməsi və işlə təmin olunması məsələləri, ödənişli təhsil alanların təhsil haqqının ödənilməsi problemləri, tələbələrin təhsil müəssisələrinin birindən digərinə köçürülməsi və təhsil müəssisələrinə bərpa olunması, xaricdə təhsil almış məzunların diplomlarının ölkədə tanınması, mənzil məsələləri, xəstələrin müalicəsi üçün maddi yardım göstərilməsi, əfv məsələləri və s məsələlərlə bağlı müraciətlər təşkil edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler