» » Təhsil Nazirliyindən valideynlərə - Müraciət

Təhsil Nazirliyindən valideynlərə - Müraciət

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Təhsil Nazirliyindən valideynlərə - Müraciət
“Direktorların istər məktəbli formasının əldə edilməsi, istərsə də digər ləvazimatların alınması ilə bağlı valideynlərə hər hansı bir tələb qoyması yolverilməzdir”.

Xalqinfo.az xəbər verir ki, bu sözləri Təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva bəzi məktəblərdə direktorlar tərəfindən məktəbli formalarının konkret ünvanlardan alınması ilə bağlı valideynlərin şikayətlərinə cavab olaraq deyib.

Nazir müavini bildirib ki, bu kimi şikayətlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olan kimi qanunauyğun olaraq müvafiq addımlar atır:

“Heç bir məktəb rəhbərinin valideynə məktəbli formasının alınması ilə bağlı tələb irəli sürmək səlahiyyəti yoxdur. Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsinə əsasən şagirdlər məktəbə məktəbli formasında gəlməlidirlər. Formanı məktəb özü müəyyənləşdirir, lakin onu əldə etməklə bağlı valideynlərə azad seçim imkanı yaradır. Valideynlərə müraciət edərək bildiririk ki,istər məktəbli forması, istər digər məktəbli ləvazimatlarının alınması ilə bağlı məcburiyyət tətbiq edilsə, Təhsil Nazirliyinin 146 Qaynar xəttinə, yaxud Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etsinlər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler