» » “Sürüşmə zonasında ev tikmək olmaz”-

“Sürüşmə zonasında ev tikmək olmaz”- Abid Şərifov

Bölmə: Sosial
 “Sürüşmə zonasında ev tikmək olmaz”-İnsanlarımız və ayrı-ayrı qurumlar başa düşməlidir ki, sürüşmə zonasında ev tikmək olmaz”.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov deyib.

O bildirib ki, Ekologiya və Təbi Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi birlikdə Abşeron ərazisində sürüşmə yerlərinin sxemini hazırlayıb: “Yəqin ki, yaxın vaxtlarda sürüşmə zonasında evlərin verilməməsinə və ya veriləcəksə, bunun xüsusi razılıq əsasında edilməsinə dair da qərar veriləcək”.

A. Şərifov Ağsu aşırımının əvvəllər sürüşmə zonası olmadığını, sonralar orada aparılan tikinti işləri nəticəsində sürüşmələr baş verdiyini deyib: “Sürüşmənin səbəbkarı çox vaxt özümüzük. Özümüz bunu bilmədən yaradırıq. Tikinti tikən zaman fikir vermək lazımdır ki, infrastruktura ziyan vurulmasın”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler