» » Payız depressiyasından necə qurtulaq?

Payız depressiyasından necə qurtulaq?

Bölmə: Sosial, GÜNDƏM
Payız depressiyasından necə qurtulaq?







Bizi qarşıda qısalmış günlər, uzun gecə, tutqun hava, boz təbiət gözləyir. Bu da özü ilə ənənəvi mövsümi və ya payız depressiyasını gətirir.

Bu gün müasir insan ən çox fəsil depressiyasından və onun yaratdığı fəsadlardan əziyyət çəkir. Bəs görəsən, bu depressiyadan qurtulmağın yolları nələrdir?

Axar.az-a açıqlama verən psixoloq Murad İsayev bildirib ki, fəsil depressiyasından hər insanın əziyyət çəkməsi mümkündür. Lakin mövsümi olaraq əhval dəyişikliyi mütəmadi olaraq stresə məruz qalan, həyatdan narazı, fiziki və psixi sağlamlığı tam olmayan insanlarda daha çox müşahidə edilir:

“Depressiyaya meyilli olan insanlar var ki, bu cür hava dəyişkənliyi onlara təsir edir. Depressiyanı ümumiyyətlə, biz daha çox soyuq aylarda müşahidə edirik. Orqanizm istiyə öyrəşir və adaptasiya olunur. Amma o mühitdən başqasına keçəndə bir az deqradasiya formasında depressiya yaranır. Payızda günəş şüalarının azalması orqanizmdə melotonin hormonunun artmasına səbəb olur ki, bunun nəticəsində də əhval-ruhiyyə aşağı düşür. Lakin belə hallarda xəstələnməmək və daha da gərginləşməmək üçün qidalanmağa da diqqət etmək lazımdır. Kalorili yeməklər yemək lazımdır”.

Psixoloq bildirib ki, əhvalımıza təsir edən təkcə havaların pisləşməsi deyil. Bu fenomenin fizioloji izahı da var. Bir qrup alim hesab edir ki, işığın azalması ilə əhvalın pozulması “bioloji saatların” pozulması nəticəsində baş verir:

“Depressiyadan əziyyət çəkən insanlarda minimum bədən temperaturu səhər saat 06:00-da müşahidə olunur, normalda isə bu gecə saat 03:00-da olmalıdır. Buna görə də onlar səhərlər çətin oyanır, gecələr isə pis yatırlar. Bu insanlar 06:00-08:00 arası parlaq işıq terapiyası aldıqda nəinki onların əhvalı düzəlir, həm də bədən temperaturunun minimumu daha erkən vaxta keçir. Başqa bir yanaşmaya görə isə pis əhvala və enerjinin azalmasına cavab deholanmelatonin hormonunun artmasıdır və nəticədə də “xoşbəxtlik hormonu” serotoninin azalması payız depressiyasına səbəb olur”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler