» » Azərbaycanda görünməmiş hadisə:

Azərbaycanda görünməmiş hadisə: Bəy toyda gəlini qaçırdı

Bölmə: Sosial, MARAQLI, BLOK XƏBƏR
Azərbaycanda görünməmiş hadisə:




Tovuz rayonunda toy mərasimində bəy gəlini qaçırdıb.

Xalqinfo.az xəbər verir ki, Azərbaycan üçün unikal hadisə barədə jurnalist Sevinc İltifatqızı öz "Facebook" səhifəsində xəbər verib.

Məlum olub ki, təzə bəy nə qız, nə də oğlan toyunda spirtli içkinin olmaması ilə bağlı şərt qoşub. Lakin "qız toyu" mərasimi zamanı bəy yemək masasında spirtli ikçinin olduğunu görüb. O, nə özünün, nə də gələcək xanımının həmin mərasimdə iştirak etməsini istəməyib və gəlini qaçırmaq qərarına gəlib: qızı fotosessiya bəhanəsi ilə bayıra çağırıb, ordan isə qaçırıb.

Gəlinin ailəsi bundan qəzəblənərək qızının və cehizlərinin qaytarılmasını tələb ediblər. Lakin araya ağsaqallar girərək məsələni həll ediblər.

Bununla belə, qız evi bəyin ailəsi ilə münasibətlərə son qoyduqlarını və "oğlan toyu" mərasimində iştirak etməyəcəklərini bildiriblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler