» » Ukrayna dairəsi bağlanır

Ukrayna dairəsi bağlanır

Bölmə: Sosial
Ukrayna dairəsi bağlanırUkrayna dairəsində hərəkət məhdudlaşdırılacaq.

Xalqinfo.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, Məhəmməd Hadi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq bu gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyü yenilənməsi işlərinə start verilir.

Bununla əlaqədar olaraq dairədən Gəncə prospekti, Neapol küçəsi və Məhəmməd Hadi küçəsinin Əhmədli metrostansiyası istiqamətində hərəkət qismən məhdudlaşdırılacaq.

Ukrayna dairəsində təmir işləri bir-neçə gün davam edəcək. Bu müddət ərzində dairədə hissə-hissə hərəkət müəyyən istiqamətlər üzrə məhdudlaşdırılacaq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler