» » “İki sahil” 27 yaşında

“İki sahil” 27 yaşında

Bölmə: Sosial
“İki sahil” 27 yaşında1991-ci ildən çap edilən “İki sahil” qəzeti artıq 27 ildir ki, milli mətbuatımızın əqidəsinə sadiq üzvü kimi öz sözünü deyir.

Xalqinfo.az xəbər verir ki, qəzet dünyada, ölkəmizdə baş verən hadisələrə “bələdçilik” edərək oxucularını məlumatlandırır.

Qəzet Azərbaycanın ictimai-siyasi həyatında özünü təsdiqləyə, işinə bağlı, məsuliyyətli kollektivin gücü ilə bütün çətinlikləri aradan qaldırmağı bacarıb.

Azərbaycanın inkişaf strategiyasının tətbiqi ilə əldə olunan nailiyyətləri, enerji bazarında qazanılan uğurları işıqlandırmaqla dövlət siyasətinin təbliği istiqamətində böyük rolu olan bu qəzetdə çalışanlar Azərbaycan dövlətçiliyinə daim sadiq olan yaradıcı, sağlam fikirli ziyalılardır.

“İki sahil” öz mövqeyinə sadiqliyi ilə seçilən, dövlətçilik prinsiplərinə sadiq qalan gündəlik qəzetdir. 27 ili arxada qoyaraq bu ucalığa sahib olan “İki sahil” yenə də oxucuların daim maraq göstərdiyi qəzetlərdəndir.

“Qafqazinfo” “İki sahil” qəzetini 27 yaşı münasibətilə təbrik edir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler