» » Azərbaycanlı şagirdlər Yunanıstan olimpiadasından 6 medalla qayıtdı

Azərbaycanlı şagirdlər Yunanıstan olimpiadasından 6 medalla qayıtdı

Bölmə: Sosial
Azərbaycanlı şagirdlər Yunanıstan olimpiadasından 6 medalla qayıtdıİyunun 19-24-dı Yunanıstanın Rodos adasında Yeniyetmələrin 22-ci Balkan Riyaziyyat olimpiadası (JBMO) keçirilib.

Xalqinfo.az xəbər verir ki, Azərbaycandan qatılan şagirdlər 3 gümüş və 3 bürünc medal qazanaraq növbəti uğura imza atıblar. Bununla da onlar 100%-lik nəticə göstəriblər. Komanda hesabında 113 bal toplayan şagirdlər 2010-cu ildən bəri ən yaxşı ümumi nəticə nümayiş etdiriblər.

Budəfəki olimpiadada riyaziyyat fənni üzrə ilk dəfə qız şagird - Fidan Babayeva medal qazanıb.

Abutalıb Namazov ( Fizika Riyaziyyat İnformatika Təmayüllü Lisey -FRİTL) - GÜMÜŞ medal
Fərid İsmayılov (FRİTL) - GÜMÜŞ medal
Murad Ağayev (İstək l) -GÜMÜŞ medal
Fidan Babayeva (FRİTL) - BÜRÜNC medal
Rəşad Musayev ( FRİTL) -BÜRÜNC medal
Yusif Qasımov ( 220 n.t.o.m) -- BÜRÜNC medal

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler