» » Sərnişin atvobusa kartsız minmək istədi - Açarı qıraraq qaçdı + Video

Sərnişin atvobusa kartsız minmək istədi - Açarı qıraraq qaçdı + Video

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Sərnişin atvobusa kartsız minmək istədi - Açarı qıraraq qaçdı + VideoBakıda özünü polis əməkdaşı kimi təqdim edən şəxs avtobusa kartsız minmək istəyib.

Xalqinfo.az “Xəzər TV”yə istinadən xəbər verir ki, hadisə metorunun “20 Yanvar” stansiyasının yaxınlığında, 18 saylı marşrut avtobusunda baş verib.

Bir gənc əvvəlcə əlində qırmızı bir vəsiqə göstərib, sonra əli ilə çiyinini göstərərək polis olduğunu işarə edib. Bu şəkildə avtobusa pulsuz minmək istəyib.

Sürücüsü isə sərnişindən kart vasitəsi ilə ödəniş etməsini tələb edib. Bundan sonra mübahisə böyüyüb. Həmin şəxs avtobusun açarını qıraraq hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı marşrut xəttinin məxsus olduğu şirkət tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırma aparılır.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler