» » 66 yaşayış məntəqəsində elektrik enerjisinin verilişi bərpa edilib

66 yaşayış məntəqəsində elektrik enerjisinin verilişi bərpa edilib

Bölmə: Sosial
66 yaşayış məntəqəsində elektrik enerjisinin verilişi bərpa edilibİsmayıllı rayonunda iyunun 17-də axşam saatlarından başlayaraq güclü küləklə müşayiət olunan leysan yağışlarının törətdiyi fəsadların aradan qaldırılması, dəyən zərərin miqyasının dəqiqləşdirilməsi istiqamətində tədbirlər davam edir.

Xalqinfo.az xəbər verir ki, rayon fövqəladə hallar komissiyasından Azərtac-a bildirilib ki, güclü külək və leysan yağışları nəticəsində elektrik dirəklərinin aşması, məftillərin qırılması, transformatorlarda yaranan problemlər 66 yaşayış məntəqəsində elektrik enerjisi verilişinin dayanmasına səbəb olmuşdu. İyunun 19-dək artıq bütün kəndlərdə elektrik enerjisinin verilməsi bərpa edilib. Təbii fəlakət nəticəsində 20 kəndə su verilişi də dayandırılmışdı. Artıq təmir-bərpa işləri başa çatmaq üzrədir. Hazırda küçələrdə, həyətlərdə aşan ağaclar, yollardakı töküntülər təmizlənir.

Qeyd edək ki, yaradılan xüsusi komissiya fərdi evlərə, ümumiyyətlə, fərdi təsərrüfatlara dəyən zərərin öyrənilməsi və qiymətləndirilməsi istiqamətində tədbirləri davam etdirir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler