» » Paşayeva nüfuzlu təşkilat rəhbərləri ilə görüşdü -

Paşayeva nüfuzlu təşkilat rəhbərləri ilə görüşdü - Foto

Bölmə: Sosial
Paşayeva nüfuzlu təşkilat rəhbərləri ilə görüşdü - Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva dünyanın bir sıra nüfuzlu təşkilatlarının rəhbərləri – Avstraliyanın “Freedoom” təşkilatının qurucusu və rəhbəri Annie Beaulieu, “Australian Women Donors Network” təşkilatının rəhbəri Julie Reilly, “B-Team Australasia” rəhbəri Lynette Mayne, Filippinin “İmperial Housing Corp” şirkətinin prezidenti Emma İmperial, Sinqapurun “Limen Lab MetLife” şirkətinin direktoru Zia Zaman və Monqolustanın tanınmış təşkilat rəhbələri ilə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı Q.Paşayeva onlara Azərbaycan, onun tarixi, mədəniyyəti, bugünü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər, Dağlıq Qarabağ problemi ilə də bağlı məlumatlar verib. Q.Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur və yüzminlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan vermir.

Müzakirələr zamanı millət vəkili onlara ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla, Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib. Müsəlman Şərqində qurulan ilk demokratik, parlamentli cümhuriyyət olan ölkəmiz, onun iqtisadi inkişafı, potensialı, mədəniyyəti barədə də geniş məlumatlar verən, Azərbaycanın böyük iqtisadi potensialı barədə də danışan millət vəkili Q.Paşayeva onları Azərbaycana dəvət edib.

Paşayeva nüfuzlu təşkilat rəhbərləri ilə görüşdü -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler