» » Xızıda çobanları ildırım vurub

Xızıda çobanları ildırım vurub

Bölmə: Sosial
Xızıda çobanları ildırım vurub
Xızının Dübrar yaylağında ildırım vuran çobanlardan ikisinin vəziyyəti yaxşıdır.

Bunu Oxu.Az-a açıqlamasında Xızı Rayon Mərkəzi Xəstəxanasının baş həkim Behtaş Nəbiyev deyib.

Baş həkim qeyd edib ki, çobanlar hazırda xəstəxanada deyil:

“Təcili yardım hadisə yerinə gedən zaman ildırım vuran çoban keçinmişdi. Digər ikisi sağdır və vəziyyəti normaldır”.

Qeyd edək ki, bu gün Xızının Dübrar yaylağında üç çobanı ildırım vurub. Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler