» » Qəbiristanlıqda yaşayan kimsəsizə nazir sahib çıxdı - Video

Qəbiristanlıqda yaşayan kimsəsizə nazir sahib çıxdı - Video

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Qəbiristanlıqda yaşayan kimsəsizə nazir sahib çıxdı - VideoSpace Tv də yayımlanan "Olar? Olmaz!" verilişində daha bir maraqlı anlar yaşanıb.

Xalqinfo.az xəbər verir ki, qəbiristanlıqda ac, susuz yaşayan Azər Bağırova "Olar? Olmaz!" verilişindən sonra ikinci böyük dəstək gəlib.

Verilişi izləyən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin göstərişi ilə o müvəqqəti sığınacağa yerləşdirilib. Nazirliyin rəsmi nümayəndəsi Fazil Talıbov qısa zamanda Azər Bağırovun işlə təmin ediləcəyini və cəmiyyətə adaptasiya olunacaqı bildirib:

"Space Tv-də veriliş yayımlandan sonra cənab nazir birbaşa göstəriş verdi ki, sizlə əlaqə saxlayaq və Azər bəyi müvəqqəti sığınacaqımıza dəvət edək. Nə lazımdırsa ona kömək ediləcək." deyə mətbuat katibi bildirib. Daha sonra teleaparıcı Azər Bağırovun yaşayacaqı məkanla tanış olub.

Verilişin davamın da isə bir atanın həkim axtarışı tamaşaçılara təqdim edilib. Amil Xəlillə görüşən Mirhəmid bəy oğlunu sağalda biləcək bir həkimə ehtiyacının olduğunu qeyd edib. "Mən özüm nəyim var sataram. Təki bir həkim olsun. Desin ki, mən sənin balanı sağaldaram"

Sonda isə Yasamal rayonu "İnşaatçılar" m/s yanından görüntülər tamaşaçılara təqdim edilib. Şikayyətçilərin sözlərinə görə axşam olanda bu ərazidən keçmək olmur. Nəinki axşam. Heç gündüz vaxtı da keçmək çətindir. Metroda üzü "Qələbə" tərəfə bir pilləkənların olduğunu deyən sakinlər onunda satıcılar tərəfindən zəbt edildiyini qeyd ediblər.

Həmin anları sizə təqdim edirik. Bu axşam 19-50 də "Olar? Olmaz!" verilişində stomatoloqların qeyri-peşəkar fəaliyyətlərindən reyd tamaşaçılara təqdim ediləcək.


Qəbiristanlıqda yaşayan kimsəsizə nazir sahib çıxdı - Video
Qəbiristanlıqda yaşayan kimsəsizə nazir sahib çıxdı - Video

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler