» » DİN-dən jurnalisti təhqir edən generalla bağlı - Açıqlama

DİN-dən jurnalisti təhqir edən generalla bağlı - Açıqlama

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
DİN-dən jurnalisti təhqir edən generalla bağlı - AçıqlamaXəbər verdiyimiz kimi general Ərziman Əliyev tərəfindən jurnalist Əli Cahangiroğlunun təhqir olunması cəmiyyətdə birmənalı qarşılanmayıb və hər kəs generalın qeyri-etik rəftarını pisləyir.Sosial şəbəkələrdə və informasiya resurslarında Ərziman Əliyev DİN-in yüksək vəzifəli məmuru kimi təqdim edilir.

Unikal.org-a açıqlama verən Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə adıçəkilən polis general-mayorunun təqaüdə göndərildiyini bildirib:

"Keçmiş Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyevi 2 il öncə vəzifəsindən kənarlaşdırıb. O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.Ərziman Əliyev artıq pensionerdir. Özünüzdə bilirsiz ki, neçə-neçə şəxslər Daxili İşlər orqanlarından təqaüdə göndərilir. Pensiya müddətində isə o, adi şəxsdir. Ona görə də Ərziman Əliyev fərdi qaydada məsuliyyət daşıyır. İstənilən halda jurnalistlə bu cür rəftar xoşagələn hal deyil".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler