» » Bakı metrosunda qız relslərin üzərində şəkil çəkdirdi -

Bakı metrosunda qız relslərin üzərində şəkil çəkdirdi - Foto

Bölmə: Sosial
Bakı metrosunda qız relslərin üzərində şəkil çəkdirdi -Bakı Metrosunda çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Xalqinfo.az xəbər verir ki, foto metronun "Nəriman Nərimanov” stansiyasında lentə alınıb. 21 yaşlı Arzu Əhmədova metro relslərində çəkdirdiyi sözügedən fotonu instagram səhifəsində paylaşıb.Səhifə açıq olduğundan foto qısa müddətdə sosial şəbəkələrdə yayılıb və xanımın təhlükəsizlik qaydalarına riayət etməməsi istifadəçilər tərəfindən tənqid olunub.

Qeyd edək ki, foto bu gün saat 04-00 radələrində çəkilib. Həmin saatda metro fəaliyyət göstərmir.Metronun fəaliyyət göstərmədiyi saatda qızın mühafizə olunan stansiyaya neçə keçməsi isə sual yaradır.

***

Bakı Şəhər Baş Polis idarəsi Metropolitendə Polis Şöbəsindən relslərin üzərində şəkil çəkdirilməsinə münasibət bildirib.

Unikal.org-a açıqlama verən şöbənin rəisinin müavini Vaqif İmanov bildirib ki, sözügedən fotodan xəbərdardırlar:

""Bakı Metropoliteni” QSC-nin rəhbərliyinin icazəsi ilə stansiyada film çəkilişi aparılıb. Çəkilişdə iştirak edən Arzu Əhmədova əvvəlcədən sözügedən fotoları çəkib, sosial şəbəkədə paylaşıb".



Bakı metrosunda qız relslərin üzərində şəkil çəkdirdi -
Bakı metrosunda qız relslərin üzərində şəkil çəkdirdi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler