» » "Övladına tərbiyə verə bilməyənin uşaq bağçasında nə işi var?" -

"Övladına tərbiyə verə bilməyənin uşaq bağçasında nə işi var?" - Deputat

Bölmə: Sosial
"Övladına tərbiyə verə bilməyənin uşaq bağçasında nə işi var?" -
Millət vəkili Fazil Mustafa yenidən uşağ bağçalarındakı vəziyyəti parlamentin gündəminə gətirib.

Xalqinfo.az-ın xəbərinə görə, millət vəkili bildirib ki, uşaqc bağçalarında kadr məsələsi, onların hazırlıq səviyyəsi ciddi nəzarətdə saxlanılmalıdır:

“Dünəndən bu yana özəl uşaq bağçalarından birində baş vermiş biabırçılıq müzakirə olunmaqda, narahatlıq bildirilməkdədir. Amma hələ də rəsmi reaksiya yoxdur. Bəlkə bu hadisə heç bizdə baş verməyib, bəlkə təxribatdır, niyə buna rəsmi şəkildə cavab verən yoxdur? Bu hadisə İsraildə və ya digər ölkədə baş versəydi yer yerindən oynayardı... Ona görə hesab edirəm ki, uşaq bağçalarında işçilərin işə götürülməsi məsələsi ciddi nəzarətdə saxlanılmalıdır.

Öz övladına normal tərbiyə verə bilməyən birisinin uşaq bağçasında nə işi var? Bu gün təəssüflər olsun ki, normal ailə düzəni olmayan adamlar bəzən bağça müdirləri təyin olunur. Bu, yolverilməzdir. Hətta, xarici ölkələrdən birində uşaq bağçasında işçilərin kişilərdən ibarət olması barədə qərar verilib. Bildirilib ki, məhz kişilər uşaq bağçalarında işləyə və normal təlim-tərbiyə verə bilər... Yəni demək istəyirəm ki, bizdə də bu məsələyə dırnaqarası baxmağa son qoyulmalıdır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler