» » Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir

Bölmə: Sosial
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir
Milli Məclisin (MM) növbədənkənar iclasında “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Xalqinfo.az-ın xəbərinə görə, qanun layihəsi barədə MM-in hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Təklif olunur ki, qanundakı 1. 6.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“6.1.1. kredit təşkilatları, lizinq xidmətləri göstərən hüquqi şəxslər, investisiya şirkətləri, investisiya fondları və bu fondların idarəçiləri, sığortaçı, təkrar sığortaçı və sığorta vasitəçiləri, pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələr, lotereya və idman mərc oyunları təşkilatçıları, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər üçün - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);”.

Həmçinin, təklif edilir ki, mövcud qanuna belə bir məzmunda 6.1.1-1-ci maddə əlavə edilsin:

“6.1.1-1. lombardlar və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər üçün - maliyyə monitorinqi orqanı;”.

Bununla yanaşı, təklif olunur ki, qanuna bu məzmunda 17.3-1-ci maddə əlavə edilsin:

“17.3-1. Maliyyə monitorinqi orqanı bu Qanunun 17.3-cü maddəsində nəzərdə tutulmuş məqsədlər üçün nəzarət orqanlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya resurslarından onlayn istifadə etməklə məlumat almaq hüququna malikdir. Maliyyə monitorinqi orqanının həmin informasiya resurslarından istifadəyə buraxılış dərəcəsini (alınan məlumatların dairəsini) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir”.

Komitə sədri bildirib ki, bu dəyişiklik və əlavələr bütövlükdə bu məsələləri tənzimləyəcək publik hüquqi şəxsin yaradılması ilə bağlıdır.

Qanun layihəsi səsə qoyularaq, qəbul edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler