» » İradə Cavadovanın Kollegiyada üzvlüyünə xitam verilir - Yenilənib

İradə Cavadovanın Kollegiyada üzvlüyünə xitam verilir - Yenilənib

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
İradə Cavadovanın Kollegiyada üzvlüyünə xitam verilir - YenilənibÖtən gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyadan verilən məlumata görə, iclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən vəkilliyə qəbul üzrə görülən işlərin vəziyyəti barədə məlumat verilib, xüsusilə yeni qəbul olunmuş üzvlərin vəkil qurumlarına göndərilməsi, onların qurumların işinə yaxından cəlb edilməsi məsələləri müzakirə olunub.

İclasda vəkillər barəsində başlanılmış 20 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 1 vəkilə töhmət verilib, 1 vəkilin Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunub, 3 vəkilə irad tutulub.

Daha sonra başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb, bir sıra vəkillərin mükafatlandırılması haqqında qərarlar qəbul olunub.

***

Modern.az xəbər verir ki, Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı barəsində məhkəməyə müraciət edilən vəkil İradə Cavadovadır.

İ. Cavadova özü sosial şəbəkələrdə bildirib ki, günün sonuna yaxın Vəkillər Kollegiyasına dəvət olunub.

Onun sözlərinə görə, Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərərı mediadan oxuyub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler