» » 3225 əcnəbiyə müvəqqəti yaşama icazəsi verilib

3225 əcnəbiyə müvəqqəti yaşama icazəsi verilib

Bölmə: Sosial
3225 əcnəbiyə müvəqqəti yaşama icazəsi verilibMay ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən 3225-nə müvəqqəti yaşama, 237-nə daimi yaşama (müddətin uzadılması) ilə bağlı icazə vəsiqəsi verilib, 35-nin isə ölkədə müvəqqəti olma müddəti uzadılıb.

DMX-dan verilən məlumata görə, bundan başqa, ay ərzində 729 əcnəbiyə ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilib.

Qeyd edək ki, DMX tərəfindən ay ərzində ümumilikdə 4226 şəxsə respublikada müvəqqəti və daimi yaşama, iş icazəsi, o cümlədən müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarlar qəbul olunub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler